Mar 24

Qazaxıstanda məktəblilər kütləvi şəkildə zəhərləniblər

Qazaxıstanın Çimkənd şəhərində keçirilən olimpiadada istedadlı məktəblilər arasında kütləvi zəhərlənmə baş verib.

Məlumata görə, şəhərdə riyaziyyat fənni üzrə olimpiada təşkil olunub. Burada 900-dən çox uşaq iştirak edib. Onlardan 12-si xəstəxanaya yerləşdirilib.

“Günün sonuna qədər olimpiadanın 904 iştirakçısından 12-də qızdırma, mədə-bağırsaq traktının disfunksiyası ilə bağlı nasazlıq əlamətləri yaranıb”, - ölkənin Təhsil Nazirliyindən bildirilib.

Hazırda həkimlər zərərçəkənlərə nəzarət edirlər. Onlar gənc riyaziyyatçıların necə və nə ilə zəhərlənə biləcəyini müəyyənləşdirirlər.

Mənbə: vestikavkaza.ru

Bənzər xəbərlər

Gündəm

0.042299032211304