Lavrov gələn həftə iranlı həmkarı ilə danışıqlar aparacaq
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Rusiyaya səfər edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
Onun sözlərinə görə, səfər gələn həftəyə planlaşdırılıb.
“Martın 29-da İran İslam Respublikasının xarici işlər naziri Moskvada işgüzar səfərdə olacaq. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq”, - deyə Zaxarova brifinqdə bildirib.
Mənbə: TASS