Tacikistanda zəlzələ baş verib
Martın 23-də Tacikistanda 5,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 144 min insanın yaşadığı Xucənd şəhərindən 96 km cənub-şərqdə yerləşib. Ocağın 8 km dərinlikdə olduğu bildirilir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, martın 9-da ölkədə 4,1, daha sonra 4,8 və sonda 5,7 bal gücündə qeydə alınıb.
Mənbə: TASS