“Con Uik 4” rekord proqnozla nümayişə çıxır
“Con Uik 4” filmi dünya kinoprokatında rekord gəlir proqnozu ilə nümayişə çıxarılır.
İlkin ehtimallara görə, filmin ilk həftəsonu ərzində 115 milyon dollar qazanacağı gözlənilir.
Bu məbləğin təxminən 65 milyon dollarının Şimali Amerikanın payına düşəcəyi bildirilir.
Dördüncü “Con Uik” filmi 3800 kinoteatrda nümayiş etdiriləcək, onlardan 1675-i IMAX nümayişləri və təkmilləşdirilmiş baxış imkanlarına malik premium geniş ekranlı kinoteatrlardır (Dbox, 4DX, MX4D).
Xatırladaq ki, “Con Uik 3” cümə axşamı ilkin nümayişdə 5,9 milyon dollar, açılış günündə 22,6 milyon dollar, ilk həftəsonunda isə 56,8 milyon dollar qazanaraq bu silsilədən olan filmlər üzrə rekord vurub. Ümumilikdə üçüncü hissə ölkə daxilində 171 milyon dollar, dünya üzrə isə 328,3 milyon dollar qazanıb.
Mənbə: kinonews.ru