Mar 23

Çində qum fırtınası barədə xəbərdarlıq edildi

Çinin şimal və şimal-şərq bölgələrində ilin ən güclü qum fırtınalarından biri gözlənilir.

Bu barədə ölkənin Milli Meteorologiya Mərkəzindən verilən açıqlamada qeyd edilir.

Soyuq temperatur və güclü küləyin 10-dan çox rayon və əyalətdə qum fırtınalarına səbəb olacağı bildirilir.

Paytaxt Pekində qum fırtınası səbəbi ilə hava çirkliliyi kritik səviyyəyə yüksəlib.

Bu, Pekin-Tianjin-Hubey bölgəsi üçün bu il üçüncü qum fırtınası xəbərdarlığıdır.

Meteoroloqlar qeyd ediblər ki, qış aylarında şimal səhra və çöllərdə yağıntıların kifayət qədər olmaması səbəbindən yazda cənub rayonlarının erkən istiləşməsi ilə şimaldan cənuba əsən küləklər nəticəsində yer səthində yığılan qum və toz qum fırtınalarına səbəb olur.

Mənbə: Anadolu

Bənzər xəbərlər

Gündəm

0.052412986755371