Mar 22

Niderlandda dövlət qulluqçularına “TikTok”dan istifadə qadağan edildi

Niderland dövlət qulluqçularına iş telefonlarında Çinin “TikTok” proqramından istifadə etmək qadağan edilib.

Bu barədə dövlət katibi Aleksandra van Haffelenin məktubunda deyilir.

Bildirilir ki, ölkə hökuməti “TikTok”la bağlı AIVD kəşfiyyat xidmətinin tövsiyələrinə əməl edir. Buna əsasən, qısa müddətdə dövlət işçilərinin hökumətdən aldıqları telefonlardan tətbiq silinəcək.

Məlumata görə, Niderlandda 140 min dövlət qulluqçusu var, lakin onlardan neçəsinin xidməti telefonlardan istifadə etdiyi tam aydın deyil.

Mənbə: mriya.news

Bənzər xəbərlər

Gündəm

0.048321962356567