Mar 20

Lavrov: “Rusiya XİN “3+3” formatında ikinci görüşün çağırılması üzərində işləyir”

“Rusiya Xarici İşlər Nazirliyi “3+3” formatında ikinci görüşün çağırılması üzərində işləyir. Bu görüş çərçivəsində Tbilisi üçün qapılar açıq olaraq qalır”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.

“Gürcüstan tərəfi hələ bu formata qoşulmaq barədə düşünür, lakin ilk görüş baş tutub. Tbilisi üçün qapı açıq qalır. İndi biz “3+3” formatında ikinci görüşün çağırılması üzərində işləyirik”, - deyə Lavrov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla danışıqların yekununa dair mətbuat konfransında bildirib.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.05912184715271