Medvedev Haaqa məhkəməsini hədələdi: “Birbaşa binaya raket ata bilərik”
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Haaqadakı məhkəmə binasına Rusiyanın “Oniks” hipersəs raketini ata biləcəkləri ilə hədələyib.
Medvedev bu barədə “Telegram” hesabında paylaşım edib.
“Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri özlərini cəsarətli göstərməyə çalışırlar ki, baxın, ən böyük nüvə gücünə malik dövlətə əl qaldırmaqdan qorxmuruq. Düşünün ki, Şimal dənizindəki Rusiya gəmisindən Haaqa məhkəməsinə hipersonik “Oniks” hipersəs raketləri atıla bilər”, - deyə o bildirib.
Medvedevin sözlərinə görə, belə raketi vurmaq mümkün deyil. O əmin olduğunu bildirib ki, bu zərbəyə cavab olaraq Şimali Atlantika Alyansı ölkələri müharibəyə başlamayacaqlar, çünki bu məhkəmə “yalnız bədbəxt beynəlxalq təşkilatdır, NATO ölkəsinin əhalisi deyil”.
Siyasətçi hesab edir ki, alyans cavab zərbəsindən qorxacaq.
Mənbə: Lenta.ru