Berlində yəhudilərə qarşı rekord sayda cinayət baş verib
Berlində antisemitizm cinayətlərinin sayı rekord həddə çatıb.
Prokurorluğun məlumatına görə, 2022-ci ildə yəhudilərə qarşı 691 hücum hadisəsi baş verib.
Halbuki, 2021-ci ildə 661, bir il əvvəl 417, 2019-cu ildə isə 386 belə hal olub.
Qurum nümayəndəsinin sözlərinə görə, antisemitizm gündəlik həyatda yaşanır və cəmiyyətin bəzi təbəqələrində dərin kök salıb.
Qeyd edilir ki, berlinlilər antisemitizmi sui-qəsdçi hekayələrilə əsaslandırmağa meyllidirlər.
Onlar yəhudiləri daim “pis niyyətdə” ittiham edirlər.
Qeyd olunur ki, Berlin prokurorluğu antisemitizm hallarını ardıcıl olaraq araşdırır.
Mənbə: rossaprimavera.ru