Mar 19

Hatayda zəlzələdən sonra itən 3 yaşlı uşaq 40 gün sonra İstanbulda tapıldı - FOTO

Türkiyədə zəlzələlər zamanı Hatayda dağıntılar altından xilas edilən və sonradan itkin düşən 3 yaşlı Abdulmumin İbrahim tapılıb.

Məlumata görə, o, təxminən 40 gün sonra İstanbulda aşkar olunub.

Abdulmumin əmisi Bilal İbrahim mətbuata uşağın necə itdiyi barədə danışıb.

“Təcili yardım sürücüsü yer olmadığı üçün məni maşına buraxmadı. Ertəsi gün xəstəxanaya getdim, tapa bilmədim. Dedilər ki, belə uşaq yoxdur. Hara getdiyini soruşduqda, “bilmirik” dedilər”, - kişi bildirib.

Mersin və ətraf şəhərlərdəki xəstəxanalarda qardaşı oğlunu tapa bilmədiyini deyən Bilal Abdulmuminin İstanbulda xəstəxanada olduğunu bir dostunun xəbər verdiyini, qardaşı oğlunu günlər sonra tapdığını söyləyib.

Mənbə: cumhuriyet

Bənzər xəbərlər

Gündəm

0.032822847366333