Mar 17

Məşhur aktrisa pəhrizi barədə danışdı

50 yaşlı amerikalı aktrisa və “Goop” sağlamlıq brendinin yaradıcısı Qvinet Peltrou bədən quruluşunu qoruyan ciddi pəhrizindən danışıb.

Kino ulduzunun sözlərinə görə, o, fasilələrlə ac qalır və pəhrizinə riayət edir.

Həmçinin, aktrisa səhərlər yemək yemir, günorta ilk yeməkdə isə qəhvə və ya qanda şəkəri yüksəltməyən içki içir.

“Mən şorbaları sevirəm. Ən çox sümük suyu bulyonu içirəm”, - deyə Peltrou bildirib.

Məşhur qeyd edib ki, nahardan sonra o, bir saat fiziki məşqlər edir, gəzintiyə çıxır və ya pilateslə məşğul olur. Yarım saatdan sonra aktrisa saunaya baş çəkir və axşam yeməyində tərəvəz yeyir.

Mənbə: lenta.ru

Bənzər xəbərlər

Gündəm

0.028990983963013