Türkiyədəki sel fəlakətində ölənlərin sayı artıb - YENİLƏNİB + FOTO/VİDEO
Şanlıurfa və Adıyamandakı sel fəlakətində itkin düşmüş sayılan daha bir nəfərin cəsədi tapılıb. Bununla da təbii fəlakətdə həyatını itirənlərin sayı 17-yə yüksəlib.
Cəsəd Şanlıurfada zirzəmisini su basan ticarət mərkəzində aşkar olunub.
Meyitin itkin düşdüyü bildirilən təmizlik işçisi Ömər Zamana aid olduğu qeyd edilir.
Beləliklə, şəhərdə sel səbəbiylə insan itkisi 15-ə çatıb.
17:41
Türkiyənin Şanlıurfa və Adıyaman şəhərində dünən başlayan və aramsız olaraq davam edən leysanın səbəb olduğu sel fəlakətində insan itkisi 16-ya çatıb.
Şanlıurfada 14, Adıyamanda iki nəfər həyatını itirib.
İtkin düşən dörd nəfərin axtarışları davam edir.
Şanlıurfada 30 ilin yağış rekordu təzələnib. İki gündə bir kvadratmetr əraziyə 137,6 kq yağıntı düşüb.
14:34
Türkiyədə baş verən sel fəlakətində Şanlıurfada 13, Adıyamanda 2 nəfər həyatını itirib.
Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb.
Daha əvvəl 14 nəfərin həlak olduğu barədə xəbər
Şanlıurfada 2, Adıyamanda 2 itkin düşmüş şəxsin axtarışları davam edir.
Bundan başqa evlər, mağazalar, xəstəxanalar su altında qalıb. Onlarla avtomobilə ziyan dəyib. Yerli əhali təhlükəsiz ərazilərə təxliyə edilib.
Mənbə: TRT Haber