Mar 17

Fransada qalmaqallı pensiya islahatı parlamentin razılığı olmadan qəbul edildi

Fransa hökuməti aylardır ölkədə ciddi etirazlara səbəb olan pensiya islahatı layihəsini Milli Assambleyada (parlamentin aşağı palatası) səsverməyə çıxarmamağa qərar verib.

Bunu ölkə hökumətinin başçısı, layihənin təşəbbüskarı olan Elizabet Born bəyan edib. O, islahatın parlamentin tam razılığı olmadan keçiriləcəyini bildirib.

Məlumata görə, qanun layihəsinin parlamentdən kənar qəbulu hakimiyyətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan sənədin aşağı palatada kifayət qədər səs toplayacağına dair şübhələri ilə bağlıdır.

Qeyd edək ki, islahat layihəsi artıq parlamentin yuxarı palatası olan Senat tərəfindən təsdiqlənib.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.04996395111084