Mar 15

Türkiyədəki sel fəlakətində ölənlərin sayı artdı – YENİLƏNİB + VİDEO

Türkiyədə sel fəlakətində ölənlərin sayı artıb.

Daxili işlər naziri Süleyman Soylu bölgədə təsirli olan daşqınlar nəticəsində Şanlıurfada 12, Adıyamanda 2 nəfərin həyatını itirdiyini, 5 nəfərin axtarışlarının davam etdiyini açıqlayıb.

Qurbanların sayının arta biləcəyi istisna edilməyib.

Mənbə: Haber Global

19:11

Türkiyənin Adıyaman və Şanlıurfa şəhərlərində sel fəlakəti 10 can alıb.

Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb.

Şanlıurfada 9 , Adıyamanda su basan konteynerdə 1 nəfər həyatını itirib.

O bildirib ki, həlak olanların arasında bir yaşlı uşaq da var. Meteorologiya İdarəsi gözlənilən leysan səbəbilə Adıyaman, Diyarbəkir, Elazığ, Malatya, Mardin və Şanlıurfaya (narıncı) xəbərdarlıq edib.

Adıyamanda zəlzələdən zərərə çəkənlərin yerləşdirildiyi çadırları su basıb. Şəhərin 800 nəfərlik xəstəxanasını su ilə dolduğundan xəstələr təxliyə edilib. Şəhərin bir çox rayonlarına hələ də çıxış yoxdur.

16:36

Türkiyədə selin həyatı iflic etdiyi Şanlıurfa şəhərində körpünün altında qalan vətəndaşlar xilas ediliblər.

Sel sularının apardığı iki xilasedici üzərək xilas olublar. Bundan sonra onlar körpünün altında çarəsiz qalan iki nəfəri sudan çıxarıblar.

Xilasetmə görüntüləri anbaan kameralara əks olunub.

13:17

Dəhşətli dağıntılara səbəb olan zəlzələlərin ardından Türkiyənin Adıyaman şəhərində sel suları 1 nəfərin ölümünə, 4 nəfərin itkin düşməsinə səbəb olub. Tut rayonunda onları içində olduqları konteynerlə birgə sel aparıb. Əraziyə çox sayda xilasedicilər cəlb olunub. Axtarış-xilasetmə işləri aparılır.

Şanlıurfada isə aralarında xilasedicilər də olan 6 nəfəri sel aparıb. Bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.

“Su altında qalan insanlar var. Onların tapılması üçün çalışırıq. Xilasedicilərin qayığı çevrildi, bir nəfər xilas oldu, o birilərindən isə xəbər ala bilmirik”, - deyə Şanlıurfanın bələdiyyə sədri Zeynep Abidin Beyazgül bildirib.

İki şəhərdə ümumilikdə beş nəfərin həlak olduğu, beş nəfərin itkin düşdüyü qeyd edilir.

12:18

Türkiyənin Şanlıurfa şəhərində dünəndən təsirli olan leysan selə səbəb olub.

Bir çox ev və iş yeri su altında qalıb. Gölə dönən yollarda su maşınları yuyub aparıb. İnsanların sel suları ilə sürükləndiyi anlar kamera tərəfindən lentə alınıb.

Leysan səbəbindən martın 15-də Şanlıurfa vilayətinin bütün məktəblərində təhsil dayandırılıb.

Bənzər xəbərlər

Gündəm

0.14150786399841