Mar 15

Britaniyada qəribə hadisə: Hücum etdiyi şəxs oğlu çıxdı

Böyük Britaniyanın Qlazqo şəhərində qeyri-adi formada oğurluğa cəhd hadisəsi baş verib.

Belə ki, mətbəx bıçağı ilə silahlanmış quldur təsadüfən bankomatdan pul çıxaran oğluna hücum edib.

17 yaşlı oğlan on funt sterlinq nağd pul çıxarmaq üçün bankomata gedib. Əməliyyatı başa vurduqdan sonra bank kartını cibinə qoyub pulu götürüb. Bu zaman bir nəfər onun üzünə bıçaq dayayıb. Həmin şəxs üzünü şərflə gizləsə də, oğlu atasını səsindən tanıyıb.

“Ciddisən? Sən bilirsən mən kiməm?”, - deyə soruşan oğlana atası cavab verib: “Məni bağışla, çarəsiz vəziyyətdəyəm”.

Yeniyetmə qaçaraq hadisəni nənəsinə danışıb və o, hücum barədə polisə məlumat verib. 45 yaşlı ata evində həbs edilib. Məhkəmənin hökmü ilə o, 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: BBC News

Bənzər xəbərlər

Gündəm

0.032960891723633