Borrelin şərəfinə adlandırılan küçənin adı dəyişdiriləcək
Kataloniyanın Pobla de Sequr bələdiyyəsinin sakinləri Aİ diplomatiyasının rəhbəri Josep Borrelin şərəfinə adlandırılan küçənin adının dəyişdirilməsinə səs veriblər.
Siyasətçinin həmyerlilərinin qərarı yerli meriyanın mətbuata açıqlamasında bəyan olunub.
“Məsləhətləşmədə seçicilərin 78 faizi keçənin Josep Borrel adının dəyişdirilməsinə səs verib. 64 nəfər adın saxlanmasına, 250 nəfər isə küçənin adının “Passeig 1 de Octobre” (1 Oktyabr Bulvarı – red.) olaraq dəyişdirilməsinə səs verib”, - mətbuat xidmətinin bəyanatında deyilir.
Küçənin yeni adı İspaniya hakimiyyəti tərəfindən qeyri-legitim kimi tanınan Kataloniyanın müstəqilliyi ilə bağlı 2017-ci ildə keçirilmiş referendumun tarixinə uyğun gəlir.
O da qeyd olunur ki, səsvermədə 322 nəfər iştirak edib.
Mənbə: lenta.ru