Rotşildlər Gürcüstanda maliyyə mərkəzi yaradırlar
Gürcüstanın baş naziri İrakli Qaribaşvili və “Rothschild & Co” şirkətinin nümayəndələri ölkənin regional maliyyə mərkəzinə çevrilməsi planını müzakirə ediblər.
Bu barədə çərşənbə axşamı Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Hökumət administrasiyasında keçirilən görüşdə tərəflər Gürcüstanın regional maliyyə mərkəzinə çevrilməsi üzrə fəaliyyət planını müzakirə ediblər”, - məlumatda deyilir.
Görüşdə planın prioritetləri və məqsədləri, həmçinin strategiyanın necə həyata keçirilə biləcəyi müzakirə olunub.
Qeyd edək ki, Qaribaşvili 2021-ci ilin dekabrında ölkənin maliyyə mərkəzinə çevrilməsi üçün dünyanın ən böyük maliyyə şirkətlərindən biri olan “Rothschild & Co” ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 2022-ci ilin aprelində şirkətin nümayəndələri Baş nazirə işlənmiş strategiyanı təhvil veriblər. Bildirilib ki, belə bir transformasiya üçün konkret addımlar, o cümlədən birbaşa xarici investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması, müasir maliyyə və texnoloji yeniliklərin tətbiqi, habelə kapital bazarının inkişafı vacibdir.
Mənbə: TASS