Mar 13

Abşeronda fəhlə iş yerində ölüb: Cinayət işi başladıldı

Abşeronda fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, martın 11-də saat 3 radələrində Abşeron rayonu ərazisində yerləşən kərpic zavodlarının birində fəhlə işləyən 1995-ci il təvəllüdlü Elşən Babayevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Elşən Babayevin zavodda quraşdırılmış dəzgaha yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam etdirilir.

Bənzər xəbərlər

Gündəm

0.034859895706177