Mar 12

Yunanıstanda kütləvi etirazlar davam edir - VİDEO

Bazar günü Yunanıstanda minlərlə nümayişçi yeni etiraz aksiyalarına qoşulub. Ölümcül qatar qəzasına görə əhali hökumətə təzyiqlər göstərir.

Fevralın 28-də Yunanıstanın mərkəzində sərnişin və yük qatarının toqquşması nəticəsində əksəriyyəti tələbə olmaqla 57 nəfər həlak olub.

Faciə nəticəsidə ictimai qəzəb dəmiryol şəbəkəsinin uzun müddət davam edən yanlış idarəçiliyinə yönəlib.

Etirazçılar Afinada parlamentin qarşısındakı meydanı dolduraraq “Unutmayacağıq, bağışlamayacağıq” və “Bütün ölülərin səsi olacağıq” yazılmış plakatlar qaldırıblar.

Polisin bildirdiyinə görə, bazar günü Afinada parlament binası qarşısında 5 minə yaxın nümayişçi toplaşıb və bərabər sayda nümayişçi Saloniki şəhərinin küçələrinə çıxıb.

Mənbə: unn.com.ua

Bənzər xəbərlər

Gündəm

0.040057897567749