Serbiyanın eks-prezidenti: “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”
“Biz Azərbaycanın simasında gördük ki, dövlət qurmaq, xalq formalaşdırmaq üçün necə güc tətbiq olunur”.
“Report” xəbər verir ki, bunu Serbiyanın keçmiş prezidenti Boris Tadiç Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.
O xatırladıb ki, 1990-cı illərdə SSRİ-nin dağılmasından sonra ölkələr müstəqillik qazanmağa başlayanda onların hər birinə “qurucu ata” lazım idi:
“Azərbaycan üçün bu, Heydər Əliyev idi”.