Mar 12

Bəşəriyyət piylənmə səbəbindən 160 milyon illik ömrünü itirib

Sinqapur Milli Universitetinin alimləri, onların ABŞ və Çindəki həmkarları hesablayıblar ki, 2019-cu ildə piylənmə ilə bağlı ölümlər səbəbindən insanlar 160 milyon illik mümkün ömürlərini itiriblər.

2000-ci ildən 2019-cu ilə qədər 162 ölkədə toplanmış məlumatlardan istifadə edərək alimlər müəyyən ediblər ki, dünya üzrə bütün metabolik xəstəliklərin - hipertoniya, 2-ci tip diabet, yüksək xolesterin, piylənmə və alkoqolsuz yağlı qaraciyər xəstəliyinin yayılması xeyli artıb.

Ən əhəmiyyətli artım yüksək və orta gəlirli ölkələrdə müşahidə olunub. Lakin bu tendensiya kənar amillərdən asılı olmayaraq, bütün dünyada eyni xarakter daşıyıb.

Piylənmədən ölüm səviyyəsi isə əhəmiyyətli dərəcədə dəyişməyib. Eyni zamanda, o, dünyada ölümlərin əsas səbəblərindən biri olaraq qalır.

Mənbə: gazeta.ru

Bənzər xəbərlər

Gündəm

0.031597852706909