Mar 12

Avstraliyada şəhər əhalisi təxliyyə olunur

Avstraliyanın Kvinslend ştatının şimal-qərbindəki Birkentaun şəhərinin yerli hakimiyyət orqanları daşqın sularının sürətlə artması səbəbindən ölkə rəhbərliyindən sakinləri dərhal təxliyyə etməyi xahiş edib.

Şəhər Şurası şənbə günü bəyanat yayaraq sakinlərini daşqın sularının gözlənilməz olduğu və sürətlə yüksəldiyi üçün dərhal şəhəri tərk etməyə çağırıb.

“Hazırda suyun hərəkəti gözlənilməzdir və onun səviyyəsi sürətlə artır. İcma üzvlərimizin təhlükəsizliyi hər şeydən vacibdir. Ona görə də biz sakinlərə şəhəri tərk etməyi şiddətlə tövsiyə edirik, çünki sabah planlaşdırılmış təxliyyə uçuşları olmayacaq”, - bəyanatda deyilir.

Səlahiyyətlilər də xəbərdarlıq edərək bildiriblər ki, kanalizasiya sistemi zədələndiyi üçün elektrik enerjisini kəsmək qərarına gəliblər.

“Davam edən daşqın səbəbindən Birkentaun sakinləri üçün təcili xəbərdarlıq edilib. Bütün qalan sakinlər şəhəri tərk etməyə çağırılır”, - Kvinslend polisi bəyan edib.

Polis hazırda daşqın səbəbindən su altında qalan şəhərdən insanların evakuasiyası üçün helikopterlərdən istifadə edir.

Avstraliya Meteorologiya Bürosundan bildirilib ki, bölgədəki Albert çayının səviyyəsi yeddi metrdən çox qalxıb.

Mənbə: rossaprimavera.ru

Bənzər xəbərlər

Gündəm

0.038640975952148