Mar 10

Ermənistanda İrəvan merinin müavini saxlanıldı

Ermənistan hüquq-mühafizə orqanları İrəvan merinin müavini Qevorq Simonyanın ofisində axtarış aparıb. 

Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindəki mənbə məlumat verib.

“Merin müavini saxlanılıb. Hazırda dindirilmə aparılır. İstintaq tədbirləri həyata keçirilir”, - deyə  komitə üzvü bildirib.

Qevorq Simonyan 2022-ci ilin fevralında İrəvan merinin müavini vəzifəsinə təyin edilib.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.050110101699829