Bir dollara görə bankı qarət edib polisi gözlədi
ABŞ-də qəribə qarət hadisəsi baş verib. Belə ki, 65 yaşlı şəxs bankdan 1 dollar oğurluq edib.
Hadisə Yuta ştatında baş verib.
65 yaşlı Donald Dantakoç banka girdikdən sonra “Bunu etdiyimə görə peşmanam, amma bu bir soyğundur. Mənə 1 dollar verin. Təşəkkür edirəm” yazılı qeydini kassaya uzadıb. Pulu alandan sonra isə kassirin polisə zəng etməsini tələb edib və onlar gələnə kimi bankda gözləyib.
Hüquq-mühafizə orqanları əməkdaşları yaşlı kişinin niyə belə bir soyğunçuluq etməsi ilə bağlı hələ açıqlama verməsə də, qarətlə bağlı araşdırmalara başlanıldığını bildiriliblər.
Mənbə: NTV