Avropa ölkələrilə İran arasındakı hesablaşmalar mexanizmi ləğv olundu
Almaniya Xarici İşlər Nazirliyi İranla hesablaşmalar üçün INSTEX (Ticarət Mübadilələrinə Dəstək Aləti) mexanizmində iştirak edən ölkələrin bu sahədə öz fəaliyyətini dayandıracağını açıqlayıb.
“INSTEX-in on üzvü - Belçika, Almaniya, Finlandiya, Fransa, Niderland, Norveç, İspaniya, İsveç, Danimarka və Böyük Britaniya - bu mexanizmi ləğv etmək qərarına gəliblər”, - bəyanatda deyilir.
Bildirilir ki, bu tədbir İranın humanitar məqsədlərini yerinə yetirməsi üçün INSTEX-ə sistemli şəkildə mane olması və yalnız bir dəfə Aİ-dən tibbi malların ixracına razılıq verməsi nəticəsində qərara alınıb.
Mexanizmin ləğvi qərarı martın 9-da keçirilən növbədənkənar ümumi yığıncaqda qəbul edilib.
Mənbə: 1prime.ru