Paris küçələri zibilliyə çevrilib – VİDEO
Parisdə məişət tullantılarının toplanması xidmətinin əməkdaşları ümummilli tətillərə qoşulduqları üçün şəhərin küçələri zibilliyə çevrilib.
Məlumata görə, işçilər pensiya yaşının artırılmasına qarşı çıxaraq, paytaxt sakinlərindən tullantıları toplamağı dayandırıblar.
Qeyd olunur ki, əksər küçələrdə zibil qutuları dolub. Yerli medianın hesablamalarına görə, şəhərdə 2 min tona yaxın zibil yığılıb.
Məlumdur ki, tətil təşkilatçıları aksiyaları davam etdirmək niyyətindədirlər.
Mənbə: iz.ru