Kriptovalyuta hesabından 96 min dollardan çox pul oğurlandı
ABŞ-ın ən böyük kriptovalyuta birjası “Coinbase” məhkəməyə verilib.
Birjanın istifadəçisi demək olar ki, 100 min dollar məbləğindəki bütün əmanətlərinin itdiyini iddia edib.
Birjanın müştərisi hesabının sındırılmasından sonra pulunun yoxa çıxdığını deyib. Onun sözlərinə görə, şirkət hesabının qorunmasına görə məsuliyyət daşımaqdan imtina edərək bu işdə onu günahlandırıb.
ABŞ sakini Cared Fergüson San-Fransisko federal məhkəməsinə verdiyi iddiasında bütün əmanətlərinin 2022-ci ilin may ayında yoxa çıxdığını vurğulayıb.
Birja iddia ilə bağlı şərh verməyib.
Mənbə: forbes.ru