Mar 05

Azərbaycan Respublikasının BDYP-nın rəisi general mayor R. Zeynalova məktub!

Azərbaycan Respublikasının BDYP-nın rəisi
general mayor R. Zeynalova

 

Hörmətli Ramiz müəllim!

Bildiririk ki , ``Mozalan`` jurnalının əməkdaşı sizə ünvanladığı müraciətə müavininiz K.Əliyevin göndərdiyi 19.10.2022-ci il N-016-128450B-3222 saylı cavab məktubu redaksiyamızda müzakirə olunmuşdur. Apardığımız jurnalist araşdırması zamanı hörmətli Kamran müəllimin məktubda yazdığı faktların əksi məlum olmuşdur.

Belə ki, hərflər və rəqəmlərin kombinasiyası qanunda tənzimlənmiş növbəlilik qaydasında deyil, ``istənildiyi`` qaydada verilmişdir.

Sual olunur : Həqiqətən də Kamran müəllimin qeyd etdiyi ancaq sərfiyyatda mövcud olan nömrələr (hərflər və rəqəmlərin kombinasiyası) avtomobillərə təhkim olunursa, onda şəkillərin əlavə edəcəyimiz sərfiyyatda olmasına illər lazım olan nömrələr hardan peyda olub?

Məsələn : ``11-TH-01?``, 14-MS-01?``,``21-LL-02?``,
``11-EE-01?``, 41-SS-04?``, 32-OZ-03?``, ``44-LL-44?``,
``02-OD-02?``, ``58-UU-05?``, ``11-XX-11?``, ``21-TT-02?``,
``02-TT-00?``, ``14-GG-01?``, ``11-OR-11?``, ``02-OO-02?`` və s. belə faktlar yüzlərlədir.

Cənab General ``Mozalan`` redaksiyası olaraq xahiş edirik Kamran Əliyev məsələyə aydınlıq gətirsin.

 

Qeyd : Əməkdaşımızın çatışmayan xüsusiyyəti ondan ibarətdir ki, məcburi köçkündür və pulu yoxdur.

Bənzər xəbərlər

Gündəm

0.046319961547852