Mar 03

     Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  silsilə əməliyyatlar keçirilib.

Xaçmazda əməliyyat : 7 nəfər saxlanılıb

 

      Xaçmaz   Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  silsilə əməliyyatlar keçirilib.

 

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında  şübhəli bilinən rayon sakini Xəyal  Əliməmmədov saxlanılıb. Həmin şəxsdən narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

 

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri  A.Teyyubov, M.Teyibov, A.Bayramov və Quba rayon sakinləri X.Gülbalayev, C.Abdullayev, M.Hüseynov saxlanılıblar.  Həmin şəxslərdən narkotik  vasitə olan heroin və marixuana aşkar aşkar olunaraq götürülüb.

 

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Xəyal Əliməmmədovun barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barələrində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bənzər xəbərlər

Gündəm

0.031965970993042