Mar 03

Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Görüşdə RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Qoşqar Kazımov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən danışaraq, bu halların qarşısının alınması istiqamətdə polis əməkdaşlarının apardığı qətiyyətli mübarizə tədbirlərindən danışıb. O, bildirib ki, bu qanunsuz əməllə məşğul olan hər bir şəxs müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Tədbirin sonunda digər iştirakçılar da mövzu ətrafında çıxışlar edərək, şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Bənzər xəbərlər

Gündəm

0.024940967559814