İrlandiyalı toyuğun hücumuna məruz qalaraq ölüb - FOTO
İrlandiya sakini toyuğun hücumuna məruz qaldıqdan sonra ölüb.
Ev quşu insana xəsarətlər yetirərək, çoxlu qan itkisinə səbəb olub.
İstintaqın məlumatına görə, hadisə mərhum Casper Kraus evində olarkən baş verib. Toyuq hücum edərək kişini sol ayağından bir neçə dəfə yaralayıb. Həmin yaralar intensiv qanaxmaya səbəb olub və o, təkbaşına qanı dayandıra bilməyib. İrlandiyalının qızı Virciniya atasının evinə gələrək yerdə qan izlərini görüb və feldşerlərin ona ürək-ağciyər reanimasiyası həyata keçirdiyinin şahidi olub.
Virciniya əlavə edib ki, atası səhhəti pis olduğu üçün çoxlu dərman qəbul edib. Bundan əlavə, kişi xərçəng xəstəsi olub.
Cəsədin yarılmasını həyata keçirən doktor Ramadan Şatvan Casperin ölüm səbəbinin ağır koronar ateroma və kardiomeqaliya ilə birlikdə ölümcül ürək aritmiya olduğu qənaətinə gəlib.
Mənbə: gazeta.ru