Feb 16

14 yaşlı qız 7 ay yuxu damarında güllə gəzdirib - FOTO

Rusiyada 14 yaşlı qız 6 ay ərzində yuxu damarında güllə ilə gəzib. O, sinəsindən pnevmatik tapança ilə vurulub, lakin bunu valideynlərindən gizlətməyə qərar verib.

Ötən ilin iyulunda Krasnodar diyarından olan Nastya tanışları ilə birlikdə orduya yola salınma mərasimində iştirak edib. Onlardan biri, təsadüfən qızı pnevmatik tapança ilə vurub. Yeniyetmə huşunu itirib. Tanışları onu xəstəxanaya aparmaq istisələr də, Nastya yolda ayılıb və sadəcə evə qayıtmaq istədiyini bildirib.

Bir neçə gündən sonra qızda şiddətli başağrıları başlayıb. Ata qızını xəstəxanaya aparıb və hər şey üzə çıxıb. Ona atəş açan oğlana qarşı inzibati protokol tərtib olunub. Konservativ müalicənin köməyi ilə yeniyetmənin vəziyyəti stabilləşsə də, güllə yeddi ay onun yuxu arteriyasında qalıb.

Nəhayət, fevralın 14-də Nastya əməliyyat olunub. Güllənin çıxarıldığı, Nastyanın vəziyyətinin isə yaxşı olduğu bildirilib.

Mənbə: Baza

Bənzər xəbərlər

Gündəm

0.035161018371582