Feb 15

Sergey Lavrov Azərbaycana səfər edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda Lavrovun Azərbaycana səfərinə hazırlıq gedir.

Agentliyin həmsöhbəti Rusiya XİN başçısının Bakıya səfərinin fevral ayının sonunda baş tutacağını, hələlik dəqiq tarixin müəyyənləşmədiyini söyləyib.

Bənzər xəbərlər

Gündəm

0.038432121276855