Feb 11

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Z.Aslanov adına Gödəkqobu kənd tam orta məktəbində “Narkomaniyaya yox, erkən nikaha və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib.

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Z.Aslanov adına Gödəkqobu kənd tam orta məktəbində “Narkomaniyaya yox, erkən nikaha və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı İkram Əhmədov çıxış edərək cəmiyyətin ən böyük probleminə çevrilən "ağ ölümün" fəsadlarından danışıb. O, bildirib ki, bu zərərli maddələrin aludəçisinə çevrilən gənclər öz sağlamlıqlarını itirməklə yanaşı, parlaq gələcəklərini də məhv edirlər. Buna görə də, cəmiyyətin hər bir üzvü bu maddələrin yayılmasının qarşısının alınması istiqamətində aparılan profilaktiki işlərdə fəallıq göstərməli, ətrafında zərərli vərdişlərə qurşanan şəxslərin normal həyata qayıtmasında öz köməkliyini əsirgəməməlidir.

Görüşdə dini radikalizm və erkən nikah mövzusuna da toxunulub və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırılıb.

Bənzər xəbərlər

Gündəm

0.057593107223511