Feb 08

Sabirabadda evdə yanğın olub

Sabirabad rayonunun Osmanlı kəndində yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 65 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin (tavanı qamışdan ibarətdir) 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 kvadratmetr sahədə, digər otağının tavanı qismən 10 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bənzər xəbərlər

Gündəm

0.025357961654663