Feb 08

"Müdafiə mövzusu, "məharətli yalan"" və ya "Səni də aldadıb?

"Müdafiə mövzusu, "məharətli yalan""
və ya
"Səni də aldadıb?"
Dinimiz elmi ibadətdən, alimin mürəkkəbini şəhid qanından uca hesab edib. Məhz bu səbəblə də bizlərə müəllimə, elm adamına hörmət edilməsi kimi gözəl əxlaqı dəyərlər tərbiyyə olunub. Bəlkə də buna görədir ki, "müəlliməm" deyən hər kəsə gözüyumulu inanırıq. Necə ki, Tubi xanım Məmmədova Bakı Dövlət Universitetinin dossenti Gülnarə Məmmədovaya inandığı kimi.
Qeyd etdiyim kimi Gülnarə Məmmədova uzun illərdir ki, BDU-də dərs deyir. Bu illər ərzində auditoriyada on minlərcə tələbə ilə qarşılaşıb. Təbii ki, tədris etdiyi elmin incəliklərini öz təbirincə öyrətməyə çalışıb. Sadəcə Gülnarə Məmmədovanı tanıdıqdan sonra, onun tədris etdiyi elmə xəyanət etmədiyinə çox ciddi şübhələrimiz yarandı.
Övladının ali təhsil almasını arzulayan Tubi xanımla taleyi "amansız zarafatı" edir. Onu Gülnarə Məmmədova ilə qarşılaşdırır. İlk öncə Tubi xanım Gülnarə Məmmədovanı bəxtinin şansı hesab edir. Gulnarəyə də belə bir fürsət lazım idi, o da öz ayaqları ilə önünə gəlmişdi.
Gülnarə Tubi xanıma yalan vədlər verməklə əmin edir ki, onun qızını Moskvada hansısa nüfuzlu universitetlərin birinə qəbul etdirmək imkanı var. Bunun üçün ilkin olaraq 10000 min manat xərc çəkməlidir.
Gülnarə Məmmədovanın nüfuzuna, universitetin dossenti olmasına inanan Tubi xanım heç tərəddüd etmədən tələb olunan 10000 min manat pulu verir və səbirsizliklə qızının tələbə biletini gözləyir. Gülnarə isə öz növbəsində Rusiya ərazisində ucuz, qeydiyyatda olmayan universitetlər axtarışına çıxır. Nəhayət Dağıstanda nərdivan altı, heç bir qeydiyyatı olmayan universitet tapıb, özü kimi həmkarları ilə iş birliyinə başlayır.
Tubi xanım buna etiraz etdiyində isə, yenə də məharətli yalanları köməyinə çatır. Yenə də Tubi xanımı ovsunlayıb, sakitləşdirməyi bacarır.
Bu minvalla 4 illik təhsil müddətində Gülnarə Məmmədova ailədən 27000 manat pul qoparmağı bacarır. Heyrətamiz hal o ki, dörd ildə rəngarəng yalanları necə məharətlə söyləyirsən, haqqında zərrə qədər şübhə yaratmır. Nəhayət təhsili müddəti başa çatdıqdan sonra ələ gələn diplomun heç bir işə yaramadığı , saxta sənəd olduğu aşkar olur. Belə olan halda Tubi xanımla Gülnarə Məmmədova arasında ciddi mübahisə yaranır. Gülnarənin dələduz hərəkətlərindən hüquq mühafizə orqanlarına müraciət edən Tubi xanım yenə də Gülnarənin yalvar-yaxarı ilə sakitləşib, şikayətini geri alır. Gülnarə isə öz növbəsində ona vurduğu ziyanı ödəyəcəyiniə saxta vədlər verir. Verdiyi vəddən illər ötsə də bir dəfə də olsun Tubi xanımla əlaqə yaratmır. Bunca illər Gülnarə atlı, Xatirə xanım piyada olub, onu axtarır. Tapmayınca çarəni redaksiyamıza muraciətdə axtardı. Biz isə öz növbəmizdə Gülnarə İlə telefon bağlantısı yaratmağa çalışdıq. Gülnar isə "yüksək mədəniyyət sərgiləyib" telefonu üzümüzə bağladı. Nəticədə qənaətimiz Tubi xanımın haqlı olduğu düşüncəmizdə əmin olduğumuzu sübut etdi.
Biz Gülnarənin hərəkətlərinə hüquqi qiymət vermək və haqqında müvafiq tədbirlər görmək iqtidarında deyilik. Lakin Gülnarə və Gülnarə kimilərin əməllərini ictimaiyyətə bəyan etmək isə öz əlimizdədir. Digər bir tərəfdənsə Gülnarə Məmmədovanı tanıyan kimə soruşduqda ilk esidəcəyimiz kəlmə, " sizi də aldadıb" oldu.
Bizim siz oxucularımıza təqdim etdiyimiz yazımızda məqsədimiz yalnız Gülnarə Məmmədovanın "məharətləri" ilə tanış etmək deyil, eyni zamanda qurbağanın ilan haqqında dediyi kimi:- "Aman-aman ay aman onun əlindən,
Qoruyun özünüzü pis əməlindən? .
Dəyərli oxucularımız, Allah sizləri də bizləri də belə "ziyalılardan"qorusun .
"Mozalan.az" saytının Baş redaktoru Tərifə Maqsudova

Bənzər xəbərlər

Gündəm

0.024916172027588