Feb 08

Mozalana məktub

Mozalana məktub

Ay Mozalan elə sanc ki,bunları
Tam açılsın maskaları, "donları"
İşə sal o neştərini,kəsginən
O pul sızan döşlərini kəsginən.
Öyrəşmişik görək xırda pulları
Bunlar fırladır,"yevro"nu,"dollar"ı.
Halımız da gündən-günə pis olur,
Bunlar şişir,bir az da həris olur.
Düzun deyim,rəğbətim artıb Sənə,
Xahişim var,məni də qat dəstənə.
"Molla Nəsrəddin"tanıtdı Sabiri,
Yüz illərdi kim unutdu Sabiri?
Mən yaza bilmirəm saxta ,bayağı,
Miraslan Rasimin Sən ol dayağı.

Bənzər xəbərlər

Gündəm

0.14512205123901