Feb 06

HARDASAN,ADAM?!

HARDASAN,ADAM?!

Cani, çin-çin ad alır
Qazi hər gün qocalır
Virus can,həyat alır
Sən hardasan ,ay adam?
*
Cənnətə "yer satan" var
Xalqa milyard "atan"var
Oğru "mamlımatan"var
Sən hardasan,ay adam?
*
Yanında tazı gəzir,
(Heyvan əzası gəzir),-
Eşqdən "tamarzı",gəzir
Sən hardasan ,ay adam?
*
Çoxdan eli bəyənmir,
Doğma dili bəyənmir,
Hər gözəli bəyənmir
Sən hardasan,ay adam?
*
Evdə külfət qalıb ac
Quru çörəyə möhtac
Hər gün artır tövcü,bac
Sən hardasan,ay adam?
*
Həyat deyil əbədi
Zülmün üzü qəbrədi
Güman dözüm, səbrədi
Sən hardasan,ay atam?

Şair Jurnalist Miraslan Bağırov.

Bənzər xəbərlər

Gündəm

0.020348072052002