Feb 06

DEYİRİK

DEYİRİK.

"Yatan ölməz,yetən ölər" ,deyirlər;
hər deyimin mənası var,məğzi var.
İgid ölsə,vətən ölər deyirlər,
hər deyimin mənası var,məğzi var.
*
Bu su bir də gələr, arxa-deyirlər,
Qardaşdır qardaşa arxa-deyirlər
"Turan gəlir!"-qorxa-qorxa,deyirlər
hər deyimin mənası var,məğzi var.
*
Bir yerdə dayanmaz zaman-deyirlər;
Düşmənə verməzlər aman-deyirlər;
Bu dağdan çəkilər duman-deyirlər;
hər deyimin mənası var,məğzi var.
*
Əl çəkmir,düşmənə "qədim" deyirlər;
"Tanrıdan uçmasın bəndim"-deyirlər;
Məni aldatmasın zəndim-deyirlər
hər deyimin mənası var,məğzi var.
*
Dövlət qurduq-Azərbaycan,deyirik;
Biz boz qurda- Azərbaycan,deyirik;
Bütöv Yurda- Azərbaycan,deyirik-
hər deyimin mənası var,məğzi var!
06.02.2023.

Şair Jurnalist Miraslan Bağırov.

Bənzər xəbərlər

Gündəm

0.032991886138916