Feb 04

DUNYA DURUNCA

DUNYA DURUNCA

Şuşadır qibləsi
Şuşadır haqq səsi Azərbaycanın
Sən ey Vətənimin qüruru Şuşa
Musiqi beşiyi, uğuru Şuşa
Üzeyir, Niyazi, Vaqif, Natəvan
Sənlə öyünmüşdür Bülbül, Xan hər an
Sən qəddar düşmənə qala bilməzdin
Xainin, oğrunun ola bilməzdin
Var olsun Sərkərdəm, qalib Ordumuz
İşğaldan qurtardı, azad yurdumuz
İndi qəddimiz dik, başımız uca
Şuşa fəxrimizdir, dünya durunca.

 

Şair Jurnalist Aynurə Teymurova

Aynurə Ulduz

Bənzər xəbərlər

Gündəm

0.022597074508667