Feb 04

SİZİNLƏ ÖYÜNSÜN

SİZİNLƏ ÖYÜNSÜN

Vətən torpağımız hey parçalandı
Bölünə-bölünə nə boyda qaldı?
Araz sərhəd oldu,oda qalandı
Yarı burda,yarı o tayda qaldı.

Zaman-zaman şəhid oldu igidlər
Qanları qarışdı ana torpağa
Yaramız böyüdü keçdikcə illər
İndi də həsrətik can Qarabağa.

Daha qisas anı yetişib qardaş
Hamımız silaha sarılaq gərək
Aynurə Ulduz da sizlərə sirdaş
Sizinlə öyünək, qalib gələrək.

Şair Jurnalist Aynurə Teymurova

Aynurə Ulduz

Bənzər xəbərlər

Gündəm

0.0244460105896