İrlandiyalı deputat səfirliyimizə hücumla bağlı: “Məsul şəxslər ədalət qarşısında cavab verməlidirlər” - FOTO
“Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum qəti şəkildə pislənilməlidir”.
Bu barədə İrlandiya parlamentinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Çarli Flanaqan “Twitter” hesabında bildirib.
O, qətlə yetirilən mühafizə əməkdaşının ailəsinə başsağlığı verib və qeyd edib ki, məsul şəxslər ədalət qarşısında cavab verməlidirlər.
“Ev sahibi olan ölkələr diplomatik nümayəndəliklərin mühafizəsi və təhlükəsizliyi ilə bağlı Vyana Konvensiyasına əsasən aydın öhdəliklər daşıyırlar”, - deyə diplomat bildirib.
???????????????? Gun attack on Embassy of Azerbaijan in Tehran must be robustly condemned. Condolences to family of security guard. Those responsible must be brought to justice. Host countries have clear obligations under Vienna Convention for protection & safety of diplomatic missions. pic.twitter.com/oGi8iHRR7m
— Charlie Flanagan (@CharlieFlanagan) January 31, 2023