Əfqanlar Quranın yandırılmasına etiraz olaraq yürüş keçiriblər - VİDEO
Əfqanıstanın şərqində yerləşən Məydən-Vərdək vilayətinin sakinləri İsveçdə müqəddəs Quran kitabının yandırılmasına etiraz olaraq yürüş keçiriblər.
Əfqanlar Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandıran Danimarkanın ifrat sağçı “Hard Deal” partiyasının lideri Rasmus Paludanın edam olunmasını tələb ediblər.
Qeyd edək ki, İsveçdə Qurani-Kərimin yandırılmasına etiraz əlaməti olaraq dünyanın əksər ölkələrində etiraz aksiyaları keçirilib.
Mənbə: Sputnik Əfqanıstan