Feb 01

Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə keçirdiyi dinləmələr başa çatıb - FOTO

“İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə Azərbaycan Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə ictimai dinləmələr başa çatıb.

“Report” xəbər verir ki, yanvarın 31-də Haaqadakı Sülh sarayında keçirilən dinləmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.

Bundan sonra Beynəlxalq Ədalət Məhkəməsi müzakirələrə başlayacaq.

Qeyd edək ki, müvəqqəti tədbirlərin görülməsi barədə vəsatətlə bağlı məhkəmənin qərarı açıq iclasda çıxarılacaq və onun vaxtı müəyyən edilmiş müddətdə elan olunacaq.

Bənzər xəbərlər

Gündəm

0.53456211090088