Aİ İranın PUA istehsalçısına qarşı sanksiyalar tətbiq edib
Avropa İttifaqı İranın dövlət korporasiyası olan “Iran Aircraft Manufacturing Industries Corporation”ı sanksiyalar siyahısına əlavə edib.
Şirkət pilotsuz uçuş aparatları istehsal edir.
Bu barədə Aİ-nin rəsmi jurnalında məlumat verilib.
Bildirilib ki, İran korporasiyası hərbi və mülki təyyarələrin, eləcə də pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşıb. Bu PUA-lar İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən istifadə olunur.
Sənəddə qeyd olunub ki, bu dronlardan Rusiya Federasiyası da istifadə edir. Aİ Şurası bildirib ki, bu qurum (SEPAH) Rusiyaya pilotsuz uçuş aparatlarının çatdırılması ilə məşğuldur.