Jan 30

Kolumbiyada rekord həcmdə narkotik müsadirə edilib

2022-ci ildə Kolumbiyada rekord həcmdə narkotik maddə ələ keçirilib.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kolumbiya təhlükəsizlik qüvvələri keçən il 671 ton narkotik ələ keçirib ki, bu da 2021-ci illə müqayisədə təxminən 1,7 ton çoxdur.

“Ölkəmizdə şər doğuran narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə aparmaq lazımdır”, - müdafiə naziri İvan Velazkes bildirib.

Polisin məlumatına görə, ötən il ən çox narkotik Narino, Bolivar və Valle del Kauka əyalətlərində müsadirə olunub.

Mənbə: rossaprimavera.ru

Bənzər xəbərlər

Gündəm

0.071907043457031