Ərdoğan: “Xalq həm namizədliyimi irəli sürəcək, həm də məni seçəcək” - VİDEO
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bu il mayın 14-də keçiriləcək prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı”nın vahid namizədi olacağı mesajını verib.
“Report”un Ankara Bürosunun məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bilecik vilayətində gənclərlə görüşündə bu barədə bildirib.
“Altılı Masa (müxalifətin 6 partiyasının birləşdiyi “Millət ittifaqı”- red.) nə deyir? Məndən namizəd olmaz deyir. Sizə rəğmən xalqım həm prezidentliyə namizədliyimi irəli sürəcək, həm də məni yenə prezident seçəcək”.
Qeyd edək ki, müxalifətin 6 partiyasının birləşdiyi “Millət ittifaqı” son toplantısında Ərdoğanın üçüncü dəfə prezidentliyə namizədliyini qəbul etməyəcəyini bildirib. Hüquqşünaslar bununla bağlı Türkiyədə Konstitusiyanın 101-ci maddəsini əsas gətirirlər.
Ərdoğan rəqiblərinə “Türkiyə 2018-ci il seçkiləri ilə yeni sistemə keçib, yəni, xronometraj sıfırlandı. 2018-ci ildə seçilən dövlət başçısı yeni sistemin ilk prezidentidir”, - cavabını verib.