Ərdoğan: “Türkiyə Finlandiya və İsveçin NATO-ya müraciətlərinə fərqli cavablar verə bilər”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəsi Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətinə ayrı-ayrılıqda baxa bilər.
Bunu dövlət başçısı bazar günü Biləcik şəhərində gənclər qarşısında çıxış edərkən bildirib.
“Lazım gəlsə, Finlandiya eyni səhvləri təkrarlamasa, başqa bir mesaj verə bilərik. Bu, baş verəndə İsveç şok olacaq”, - deyə Türkiyə prezidenti bəyan edib.
Ərdoğan xatırladıb ki, İsveç tərəfinə terrorçuların 120 nəfərlik siyahısı verilib.
“İsveç baş nazirinə nə etmək lazım olduğunu izah etdik. Onlara dedik ki, ölkənin NATO-ya daxil olması üçün terrorçuları bizə təhvil verməlidirlər. 120 nəfərlik siyahı verdik və dedik ki, əgər bunları ekstradisiya etməsəniz, o zaman bizdən inciməyin”, – Türkiyə lideri qeyd edib.
Mənbə: Haber Global