Aug 10

ADAU-da DİM-in nüfuzuna kölgə salanlar... - İTTİHAM

Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “ADAU-da Musa Bayramov kabusu”, “ADAU-da saxta dekan seçkisi” və “ADAU-nun “dərsə gəlməyən müəllimlər”i” başlıqlı məqalələr dərc etmişdik. Redaksiyamıza ADAU-nun dosenti Fariz Ələkbərov tərəfindən yazılmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə, Gəncə Şəhər Prokuroru Azad Qarayevə ünvanlanmış yeni müraciət daxil olmuşdur. Aktualxeber.az olaraq həmin müraciəti olduğu kimi veririk:
“Hörmətli cənab Prezident, hörmətli Məleykə xanım, hörmətli Azad müəllim! Məlumunuz edirəm ki,Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Musa Bayramov, onun qudası həmin universitetin dosenti Namiq Hüseynov və ADAU-nun tələbə qəbulu üzrə məsul katibi Telman Musayev Dövlət İmtahan Mərkəzinin nüfuzuna zərbə vurmaqla məşğuldur. Əvvəllər bu şəxslər Müəllimlər İnstitutuna saxta tələbə qəbulu, saxta diplom satışı ilə məşğul olurdular. İndi isə bu şəxslər müxtəlif valideynləri aldadıb, onlardan pul alaraq guya onların övladlarını müxtəlif ali məktəblərə qəbul etdirəcəkləri ilə bağlı yalandan vədlər verməklə məşğuldur. Əgər abituriyentlər ali məktəbə öz bacarıqları ilə qəbul olursa, onda onların bu nailiyyətini Musa Bayramov, Namiq Hüseynov və Telman Musayev öz adına çıxır, DİM-də tapşırdığını iddia edir. Onlar deyir ki, imtahanda cavab kartında heç bir dairəni qaralamayın, ağ salın, bizim DİM-də adamımız var, verdiyiniz pul Məleykə xanıma çatır, narahat olmayın həll ediləcək. Qısa desək DİM-in nüfuzuna ləkə gətirməklə məşğul olur. Daha bir faktı qeyd edək. Musa Bayramov İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olunmaq üçün sənəd vermiş abituriyent, Şəmkir sakini Fəda Cəfərovanın valideynindən 50000 (əlli min manat) ruşvət almış və abituriyenti ora qəbul etdirməyi vəd etmişdir. Maraqlıdır ki, ilk imtahandan qiymət yazdırmağa da müvəffəq olmuşdur. Bu faktı hüquq-mühafizə orqanları araşdırsa digər faktlar da ortaya çıxacaq.Hörmətli cənab Prezident, hörmətli Məleykə xanım, hörmətli Azad müəllim, ADAU əməkdaşlarının bu cinayət əməllərinin qarşısını almağı Sizdən xahiş edirik”.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
 //aktualxeber.az//

Bənzər xəbərlər

Gündəm

0.14439511299133