Elimizin toy kimi adəti var
Sağolsun pandemiya bu qarmağı, boğazımızdan çıxarmışdı. Yoluxma azalıb, toylara icazə verilib. Qapını dəvətnamə əlindən açmaq olmur. Allah köməyimiz olsun
Elimizin çox gözәl bir adәti var idi - toy, amma ki, biz hәr şeyin içinә ә*cir mürәbbәsi dağıltdığımız kimi, bu adәtin dә içinә "qalma qonşudan geri" deyә-deyә zibili qoyduq.
Әvvәllәr dә insanlar bir-birinin toyuna paket salardılar, amma bu paket elә paket olardı ki, qonşu xeyir işini yola verәr, paket verәnin dә cibinә ağırlıq olmazdı. Hamı şad-xürrәm mәclisi mәclis kimi keçirәrdi. Menyusunun qiymәti 40-50 manatı ötәn vә içәrisindә holland pendirinin, xiyarın, pomidorun hәr pozisiyada doğranıldığı 70 çeşiddә saladı olan şadlıq sarayları yox idi, qәzәllәrә musiqilәr qoşdurub millәti şıdırğı "meymun kimi" oynadan manıslar yox idi. İnsanlar toyun harayı çәkilәndә, dәvәtnamә gәlәndә üzünü turşutmaz, "bu qırılmışın da yetimçәlәri qurtarmaq bilmir, birini yola verirsәn, o biri uşağı cücәrir" demәzdilәr, hәr ailәnin dә aşağısı 5 uşağı olardı. İndisә...
Razıyam, paket yaxşı şeydi, toy mәclisini yola vermәyә toy sahibinә çox kömәyi dәyir, amma artıq iş o yerә gәlib çatıb ki, әhali, hәqiqәtәn dә, o qәdәr artıb ki, indi artıq insanlar toy sahibinin halından daha çox, hәr ay evinә 5-7 dәvәtnamә gәlәn toya gedәnlәri düşünmәyә başlamalıdırlar.
Sizi bilmirәm, amma, mәncә bir şeyin ki, içәrisinә maddi mәnafe qarışdı, onun әvvәlki tamı-lәzzәti daha qalmır. Mәncә әn gözәli sadә toydu. Mәncә nә mәnә, nә dә atamın әmisinin xalası nәvәlәrinә maraqlı deyil onların mәnim toyumda iştirak etmәsi. Mәn deyirәm e demәyinә, amma yenә dә siz bilәn mәslәhәtdir...